Gündəm

“İlin sonuna qədər sülh sazişi imzalana bilər” — Erməni deputat

“İlin sonuna qədər sülh sazişi imzalana bilər” — Erməni deputat

“Ermənistanla Azərbaycan arasında sülh sazişi bu ilin sonuna qədər imzalana bilər”.

Demokrat.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının katibi Artur Ovanniyan brifinq zamanı bildirib.

“Ermənistan tərəfi bunun üçün hər şeyi edəcək”, - deputat qeyd edib.

Hakim fraksiyadan olan deputat Qevorq Papoyan isə bildirib ki, Azərbaycanla münasibətlərin normallaşdırılması prosesinin bir hissəsi kimi qarşıda çətin diplomatik iş dayanır.

D
demokrat.az