“Azərbaycan İslam həmrəyliyinin güclənməsində mühüm rola malikdir”.
Demokrat.az xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin V Konfransı ilə bağlı keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.
O qeyd edib ki, Azərbaycanın İƏT-lə əlaqələri, İslam dəyərlərinin dünyada təbliği və İslam həmrəyliyinin güclənməsində xidmətləri ölkəmizin İslam həmrəyliyindəki rolunu göstərir:
“Ölkəmizin İƏT-in qurumları (İSESCO, İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s.) ilə sıx əməkdaşlığı buna sübutdur. Bundan əlavə Prezident İlham Əliyev bəyan edib: “Biz çalışırıq və çalışmalıyıq ki, bütün müsəlman aləmində birlik, həmrəylik təmin olunsun. Azərbaycan bu istiqamətdə öz töhfəsini verir, önəmli addımları atır”.
Aysu Demokrat.az


