“İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin V Konfransı üzv ölkələr arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək”.
Demokrat.az xəbər verir ki, bunu sözügedən tədbirə dair keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov vurğulayıb.
O bildirib ki, Azərbaycan İslam həmrəyliyinin güclənməsində mühüm rola malikdir:
“Azərbaycan 1991-ci ilin 8 dekabrında Təşkilata tamhüquqlu üzv qəbul olunub. İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı daim ədalətli mövqeyə malik olub, 30 ilə yaxın ölkəmizin ərazilərini işğal altında saxlamış Ermənistanın hərbi təcavüzünü pisləyərək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyərək bununla əlaqədar bir çox qətnamələr qəbul edib”.
Aysu Demokrat.az


