Xarici siyasət

Gürcüstan "3+3" formatında iştirak etməyib və etməyəcək — XİN başçısı

Gürcüstan 3+3 formatında iştirak etməyib və etməyəcək — XİN başçısı

Gürcüstanın "3+3" platforması ilə bağlı mövqeyi birmənalıdır: ölkə bu formatda iştirak etməyib, etmir və etməyəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ölkənin İctimai kanalının efirində deyib.

O, Gürcüstanın qonşu ölkələrlə - Türkiyə, Azərbaycan və Ermənistanla ikitərəfli formatlarda çox yaxşı münasibətlərinin və əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb.

D
demokrat.az