Yevlaxda öldürülən şəxs 5-cisinif şagirdinə hədiyyələr verib, daha sonra onu hədələyirmiş.
Bufikirləri"Unikal"a 32 yaşlı Əhməd Nəsibovun qətli ilə bağlıhadisəni törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Saleh Əliyevin bacısı Gülnar Məmmədova deyib.
O bildirib ki, hər şey Əhməd Nəsibovun uşağa papaq hədiyyə etməsindən sonra başlayıb. Uşağın nənəsi həmin şəxsin yaşadığı ünvana gedərək Əhməd və anası ilə görüşüb, onlarınnəvəsindən uzaq durmalarınıtələb edib.
Buna baxmayaraq, Əhməd Nəsibov yenidən uşağın qarşısını kəsərək ona cipsi verib və kəmər də hədiyyə edəcəyini deyib. Ailə Əhməd Nəsibovdan polisə şikayət edib. Budəfə Əhmədyenidən uşağın qarşısını kəsərək ona pul verib, ardınca boğazına bıçaq dirəyərək bu barədə evdə heç kimə məlumat verməməsini deyib və onu hədələyib.
Uşağın atası Əhmədlə görüşüb və bu hərəkətlərinə son qoymasını tələb edib. Uşağın dayısı Saleh Əliyev isə hadisədən xəbər tutan kimi Əhməd Nəsibovu taparaq onu odlu silahla qətl edib.
Qeyd edək ki, Saleh ƏliyevAzərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşıdır.


