Gündəm Özəl

Körpələrdə və uşaqlarda qida allergiyası artıb — SƏBƏBLƏR

Körpələrdə və uşaqlarda qida allergiyası artıb — SƏBƏBLƏR

Qida allergiyası ən çox körpəlikdə və uşaqlıqda olur. Xüsusilə son illərdə müxtəlif səbəblərdən artım var. Mütəxəssislər ailələrin bu məsələdə diqqətli olmalı olduğunu deyirlər.

Demokrat.az xəbər verir ki, bu barədə Hacettepe Universiteti Uşaq Allergiya və Astma Bölümü müəllimi Prof. Dr. Bülent Şekerel “TRT Haber”ə danışıb.

O bildirib ki, allergiyaya səbəb olan bir çox faktor var:

“İnsan həyatının hər dövründə görülə bilən allergiyalar arasında qida allergiyası şübhəsiz əhəmiyyətli bir yer tutur. Xüsusilə körpə və uşaqlarda qida allergiyası müşahidə edilirsə, daha da diqqətli olmaq lazımdır.

Qida allergiyası olan körpə və uşaqların inkişaflarını sağlam şəkildə davam etdirmələri böyük əhəmiyyət kəsb edir. Belə halla qarşılaşan valideynlər gecikmədən həkimə müraciət etməlidirlər”.

Son zamanlar qida allergiyasının artdığına diqqət çəkən Prof. Dr. Şekerel bunun Türkiyəyə xas olmadığını və oxşar vəziyyətin inkişaf etmiş Avropa ölkələrində də müşahidə olunduğunu deyir. Prof. Dr. bu artımın səbəblərini belə izah edir:

“Qərb həyat tərzi, keysəriyyə ilə doğuşlar, təbii həyatdan ayrılıq, siqaret, həddindən artıq antibiotik istifadəsi və həddindən artıq gigiyenik həyat kimi müxtəlif amillər var.

Qida allergiyasının xüsusilə körpələrdə çox daha çox olduğunu ifadə edən Şekerel deyib:

“Bilirik ki, qida allergiyası körpəlikdə olan uşaqların təxminən 6-8 faizində baş verir. İbtidai məktəb yaşına çatanda bu nisbət yüzdə 1-ə düşür. Yetkinlərdə 0,5 ilə 1 faiz arasında dəyişir. Bunun ən əhəmiyyətli səbəbi uşaqlıqda qida allergiyasının əhəmiyyətli bir hissəsinin zamanla geriləməsi və yox olmasıdır”.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova