Şou-biznes

Namiq Aygünlə sevgili olduğu ilə bağlı suala cavab verməkdən imtina etdi

Namiq Aygünlə sevgili olduğu ilə bağlı suala cavab verməkdən imtina etdi

Meyxanaçı Namiq Qaraçuxurlu Xalq artisti Aygün Kazımova ilə bağlı suala cavab verməkdən imtina edib.

Bizim.Mediaxəbər verir ki, bu hadisə “Zarafat bir yana” verilişində baş verib.

Belə ki, sözügedən proqramda qonaq olan Namiqə xanım izləyicilərindən biri “Namiq-Aygün dueti olanda hamının ağlında bir fikir formalaşıb ki, siz sevgilisiniz.

Bu suala konkret bir cavab istəyirəm” sualını ünvanlayıb. Qaraçuxurlu sualı eşidər-eşitməz boğazı quruyub və bu anda o, su içib. Beləcə, düşünməyə zaman qazanan Namiq suala cavab verməkdən imtina edib. Bununla da söz xiridarı formata uyğun olaraq xanımın əyləşdiyi masanın hesabını ödəyib.

NE
Nihadə Eyyubova