Noyabrın 12-də saat 16 radələrində Yevlax rayonunda 1991-ci il təvəllüdlüƏhməd Əhəd oğlu Nəsibovunodlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin(DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1989-cu il təvəllüdlü Saleh Azər oğlu Əliyevpolis əməkdaşları tərəfndən saxlanılıb.
Cinayət aləti olan odlu silah ondan götürülüb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.


