Dünya Özəl

İordan çayının qərb sahilində ölənlərin sayı 164-ə yüksəldi

İordan çayının qərb sahilində ölənlərin sayı 164-ə yüksəldi

İsrailin işğal etdiyi İordan çayının qərb sahilində daha iki fələstinli həlak olub.

Demokrat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son hücumlar nəticəsində daha 2 nəfər ölüb, 12 nəfər isə yaralanıb.

Bununla da oktyabrın 7-dən bəri ölənlərin sayı 164-ə yüksəlib.

Basqınlarda ən azı 47 fələstinlinin nəzarətə alındığı qeyd edilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova