Gündəm Özəl

“Kim deyə bilər ki, regionlarda qaz limiti ləğv olunmalıdır?!” — İqtisadçı

“Kim deyə bilər ki, regionlarda qaz limiti ləğv olunmalıdır?!” — İqtisadçı

Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında deputat Ramil Həsən regionlarda qaz limiti məsələsinə toxunub.

Demokrat.az xəbər verir ki, deputat əsas narazılığın qaz limiti ilə bağlı olduğunu deyib:

“Ucar kimi rayonun sakinləri meşələri qırmaq məcburiyyətində qalır. Rayon əhalisi qaz limitinin ləğvini istəyir. Mən də bunu hökumətin diqqətinə çatdırıram”, o bildirib.

Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirən iqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə qaz limitinə daha çox bölgələrdə yaşayan əhali qrupunun ehtiyacı var:

“Qaz tələbatını ödətə bilməyən kənd əhalisi məcbur qalır ki, ağacları kəssin. Həyətyanı sahə imkan vermir ki, kəndli bütün qışı başa vura bilsin, məcburdur, təbiətdən yararlanmağa. Beləliklə də meşə zolaqları məhv olur.

“Kim deyə bilər ki, regionlarda qaz limiti ləğv olunmalıdır?!” — İqtisadçı

Qaz limiti həm də elektrik enerjisinə olan tələbatın ödənilməsi üçün zəruri xarakter daşıyır. Qaz limiti olmasa, bu nəyə gətirib çıxaracaq? Elektrik enerjisi istehsalı, tədarükü və təminatı ilə məşğul olan qurumlar başlayacaq ki, qiymətlər aşağıdır, transformatorlar tab gətirmir, naqillərin gücü çatmır və s.

Azərbaycan bu gün böyük iqtisadi potensiala malikdir, maliyyə ehtiyatlarımız çoxdur. Bununla belə əhali sayı da 10 milyondur, bu da böyük tələbat deməkdir. Əhali artdıqca tələbat da artır. Regionlarda yaşayış səviyyəsi şəhərdəkindən aşağıdır, iqtisadi çətinliklər daha çoxdur. Kim deyə bilər ki, regionlarda qaz limiti ləğv olunmalıdır?!”

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova