Rusiya sülhməramlı kontingentinin şəxsi heyətinin rotasiyası başa çatıb. Onlara məxsus silah və hərbi texnikalar planlı təmir üçün göndərilib.
Demokrat.az Globalinfo.az-a istinadən xəbər verir ki, sülhməramlıların Şuşa yaxınlığındakı mövqelərindən çəkilərkən Rusiya bayrağının endirilməsi görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
Hudson İnstitutunun baş elmi işçisi, amerikalı politoloq Lük Koffi görüntülərə münasibət bildirib. O həmin əraziyə daha əvvəl səfər etdiyini deyib:
“2022-ci ilin mart ayında Şuşadan çıxarkən həmin bayraq dirəyinin fotosunu çəkmişdim. Rusiya bayrağının buradan endirilməsini görməkdən məmnunam”.
I took a photo of this same flagpole in March 2022 when leaving Shusha. I’m pleased to see that the Russian flag has been lowered. Hopefully once and for all. https://t.co/b0gAuZfQzA pic.twitter.com/YoHWc27760
— Luke Coffey (@LukeDCoffey) November 7, 2023
No comment… pic.twitter.com/TerOiKoLX5
— The Azeri Times (@AzeriTimes) November 6, 2023


