İqtisadiyyat

Müflis banklara dair yeni tələb müəyyənləşir

Müflis banklara dair yeni tələb müəyyənləşir

Müflis banklara dair yeni tələb müəyyənləşir.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Banklar haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, müflis elan edilmiş bankın aktivləri onun kreditorları arasında yeni növbəlilik qaydasında bölüşdürüləcək. Bu halda dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər ödəniləcək.

Təklif olunan dəyişiklik müflis bankın dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına ödəməli olduğu vergi və digər məcburi ödənişlərin heç bir müddət məhdudiyyəti tətbiq edilmədən tam məbləğdə ödənilməsini nəzərdə tutur. Ötən gün baş tutan “Fənərbaxça”nın İdarə Heyətinin iclasında gərgin anlar yaşanıb.

Demokrat.az xəbər verir ki, İstanbul klubunun prezidenti Ali Koçun çıxışı zamanı məşhur jurnalist Ogün Altıparmakın sualı aranı qarışdırıb.

Belə ki, “Fənərbaxça”da da futbol karyerası olmuş O.Altıparmak A.Koçun etdiyi narazılıqlara “bibinizin həyat yoldaşı (iş adamı İnan Kıraç) “Qalatasaray”ı idarə edir, ondan soruşun” cavabını verib.

Bu “sarı-lacivərtlilər”in prezidentini əsəbiləşdirib. Nəticədə A.Koç O.Altparmakdan iclası tərk etməsini istəyib. Əks halda onun zorla zaldan çıxarılacağını bildirib.

Jurnalist iclası tərk etdikdən sonra isə müzakirələr davam edib.

Qeyd edək ki, İnan Kıraç “Koç Holdinq”in sahibi Rəhmi Koçun bacısının həyat yoldaşıdır. Son günlərdə isə qızı İpək Kıraçla aralarında yaranan problemlərlə gündəmə gəlib.

D
demokrat.az