Dünya

“Klon”un aktrisası vəfat etdi — FOTO

“Klon”un aktrisası vəfat etdi — FOTO

Məşhur Braziliya serialı "Klon"un aktrisası Elizancela du Amaral Vergeyro vəfat edib.

Axşam.az xəbər verir ki, aktrisa ötən gün 68 yaşında dünyasını dəyişib.Onun evdə özünü pis hiss etdiyi və nəfəs almaqda çətinlik çəkdiyi iddia edilir.Elizancelaxəstəxanaya yerləşdirilsə dəürək tutmasından vəfat edib.

Onunölümündən əvvəl ciddi tənəffüs problemi səbəbindən xəstəxanada bir neçə həftə müalicə aldığı ortaya çıxıb.

Qeyd edək ki, aktrisa sözügedən serialda "Mustafa"nın həyat yoldaşı "Donna Noemia" rolunu canlandırıb. Ekran işində onun həyat yoldaşını canlandıranaktyor Perri Sales isə 2009-cu ildə vəfat edib.

NE
Nihadə Eyyubova