Türkiyədə TIR-la mikroavtobusun toqquşması nəticəsində baş verən qəzada 1 nəfər ölüb, 5-i isə yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata əsasən, hadisə ölkənin Kayseri vilayətində baş verib.
Qəza yerinə təcili tibbi yardım, xilasetmə və jandarma qrupları göndərilib.
Yaralılar xəstəxanaya yerləşdirilib. Qəza ilə bağlı ibtidai istintaq davam etdirilir.
Aysu Demokrat.az


