İngiltərədə İsrailə hərbi avadanlıq dəstəyi göstərən “Leonardo” şirkətinin qarşısında aksiya keçirilib.
Demokrat.az xəbər verir ki, bu barədə xarici media orqanları məlumat yayıb.
Məlumata əsasən, bir qrup Fələstin dəstəkçisi şirkətin önünə gələrək aksiyaya başlayıb. Aksiyalar zamanı müxtəlif növ boyalardan istidadə edilib və şirkətə ziyan vurulub. Bununla yanaşı şirkətin divarlarına Fələstinə dəstək şüarları yazılıb.
Qeyd edək ki, aksiya iştirakçılarından 1-i polis tərəfindən saxlanılıb.
Aysu Demokrat.az


