“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızının İrəvan xan nəslinin davamçısı Amir Ali Sərdari İrəvanini sosial şəbəkə hesabında tənqid etməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb. QHT sədri Amir Ali Sərdari İrəvani və həmkarları haqqında "moşşennik" kəlməsini işlədib və onların fəaliyyətini tənqid edib.
“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadənin yazılan fikirlərə münasibətini öyrəndik.
O, Demokrat.az-a açıqlamasında dedi ki, xan nəslinin davamçısını təhqir etmək və Qərbi Azərbaycan mövzusunda görülən işlərə kölgə salmaq yolverilməzdir:

Bu yaxınlarda Haaqada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirildi. Qərbi Azərbaycan mövzusu Avropada geniş müstəvidə müzakirə olundu. Bu məsələ ətrafında ciddi işlər ortaya qoyulur. Xan nəslinin nümayəndəsini təhqir edən şəxslərin yanlış təbliğatının qarşısı alınmalıdır, məhkəmə səviyyəsində həll olunmalıdır məsələ”.
Törə Zeynallı Demokrat.az


