Türkiyədə iki avtomobilin toqquşması nəticəsində baş verən qəzada 2 nəfər ölüb, 3-ü isə yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin Qaziantep vilayətində baş verib.
Qəza bölgəsinə təcili tibbi yardım və polis qrupları göndərilib.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatları araşdırılmağa davam edir.
Aysu Demokrat.az


