Sosial

Nazirlik iş və istirahət günlərinin yerinin dəyişdirildiyini ELAN ETDİ

Nazirlik iş və istirahət günlərinin yerinin dəyişdirildiyini ELAN ETDİ

Elm və Təhsil Nazirliyi iş və istirahət günlərinin yerinin dəyişdirildiyinə dair məlumat yayıb.

Demokrat.az-ın məlumatına görə, Nazirlik bildirib:

“Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra ilk iş günü isə 13 noyabrdır.

Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra iş günləri 10-11 noyabr tarixləri müəyyən olunub”.

D
demokrat.az