Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə keçirilən prosesdə üzrlü səbəbdən iştirak edə bilmıyən zərərçəkmişlər Əli Mehrəliyev və Sədaqət İsmayılovun ibtidai istintaqa verdikləri ifadələri elan edilib.
Demokrat.az xəbər verir ki, həmin ifadələrin elan olunmasını dövlət ittihamçısı təklif edib.
Daha sonra hakim onların istintaqa verdikləri ifadələrini açıqlayıb.
Onlar məhkəmədən Vaqif Xaçaturyana ağır cəza verilməsini istəyiblər.
Daha sonra şahid qismində Həsən Qasımov ifadə verib.
O bildirib ki, Vaqif Xaçaturyan da, onun atası Çərkəz kişini də tanıyıb.
Onun sözlərinə görə, Xankəndi şəhərində yaşayıb.
Şahid qeyd edib ki, Edo, Vali ilə bir yerdə qarajda işləyiblər, Vaqif Xaçaturyan isə başqa bir qarajda işləyib:
"Sonradan azərbaycanlıları işdən çıxardılar. İclaslara bizi buraxmırdılar, nə danışırdılar, biz bilmirdik".
Şahid deyib ki, Meşəli hadisəsi zamanı əmisi oğlu vəfat edib.
Prosesdə fasilə elan olunub.
Fariz Məlikli Demokrat.az


