Pakistanın Bəlucistan əyalətində silahlı şəxslər polis məntəqəsinə hücum edib.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, Bəlucistanın Turbat rayonunda naməlum silahlı dəstə polis mərkəzə hücum edib.
Silahlıların hücumunda tikinti işləri üçün bölgəyə gələn və təhlükəsizlik səbəbilə polis idarəsində qalan 4 işçi həyatını itirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


