Gündəm Özəl

"Bizə qarşı sanksiya tətbiq edilsə, cavabını verməliyik" — Politoloq

Bizə qarşı sanksiya tətbiq edilsə, cavabını verməliyik — Politoloq

Kanada xarici işlər naziri Melani Coli Azərbaycana qarşı bir müddətdir ki, açıq-aşkar qərəzli və aqressiv mövqe nümayiş etdirir. Ermənistan-Azərbaycan sərhədinə gələrək Azərbaycan ərazilərini binoklla müşahidə edən Kanada rəsmisi dövlətlərarası münasibətlərdə qəbul olunmuş etik qaydalara zidd davranmaqla kifayətlənməyib, rəsmi Bakını sanksiyalarla da hədələyib.

Kanada xarici işlər nazirinin ermənipərəst mövqeyinə Demokrat.az-a açıqlamasında münasibət bildirən politoloq Əhəd Məmmədli sanksiya təhdidini mənasız hesab edir:

“Kanada və Azərbaycan bir-birinə ciddi təsiri olan ölkələr deyil. Azərbaycan Kanadaya və ya Kanada Azərbaycana qarşı sanksiyalar tətbiq etsə, bu, çox şeyi dəyişməyəcək. Təbii ki, bizə qarşı sanksiya tətbiq edilsə, cavabını verməliyik. Sanksiyalardan qorunmağın ən yaxşı yolu daxildən ölkəni təmin etməkdir. Necə ki, Rusiya həm ərzaq, həm də enerji resursları baxımından özü öz tələbatını ödəyir. Kanadanın və ya Avropa ölkələrinin Azərbaycana sanksiyalar tətbiq etməsi düşünmürəm ki, ciddi nəticələrə gətirib çıxarsın. Azərbaycan neftdən asılılığı azaltmalı, manatın dəyərinin artmasına çalışmalıdır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova