Gündəm Özəl

Deputat: “Qərbi Azərbaycanla bağlı tarixi mənbələrdə ermənicə adlara rast gəlinmir”

Deputat: “Qərbi Azərbaycanla bağlı tarixi mənbələrdə ermənicə adlara rast gəlinmir”

Qərbi Azərbaycan toponimləri ilə bağlı elektron baza yaradılır.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Zakir Eminov Milli Məclisdə "Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək" mövzusunda keçirilən ictimai dinləmədə deyib. O qeyd edib ki, yaxın vaxtlarda bu istiqamətdə işlər yekunlaşacaq.

Milli Məclisin deputatı Anar İsgəndərovun sözlərinə görə, dünyanın qədim insan məskənlərilə bağlı ən doğru mənbə toponimlərdir:

“Tarixi torpaqlarımız olan Qərbi Azərbaycanın toponimlərinin öyrənilməsi təqdirəlayiq addımdır. Bunun üçün sırf bu sahə ilə məğul olan tədqiqatçılara ehtiyac var. Bu, həvəskar insanların edəcəyi iş deyil. Qərbi Azərbaycan toponimləri bu ərazidə mövcud olmuş Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi dövləti və İrəvan xanlığının tarixi ilə müştərək öyrənilməlidir.

Əminəm ki, dövlət başçısının Qərbi Azərbaycanla bağlı tarixçilər qarşısında qoyduğu bütün məsələlər öyrənilir, dünya arxivlərində olan materiallar tədqiq edilir. Qərbi Azərbaycanla bağlı mühüm faktları üzə çıxarmalıyıq ki, heç kimdə bu yerlərin tarixi torpaqlarımız olduğuna dair şübhə qalmasın. Qərbi Azərbaycan toponimlərinin sonradan dəyişdirilməsi daşnakların adı ilə bağlıdır. Ermənilərin bu ərazilərə köçünə qədərki dövrə aid kifayət qədər tarixi mənbələr var və orada heç bir erməni adına rast gəlinmir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova