İspaniyada küçədə iki itin hücumuna məruz qalan 96 yaşlı qadın ölüb.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi "EFE" məlumat yayıb.
Bildirilib ki, küçədə gəzən 96 yaşlı qadın 2 itin hücumuna məruz qalıb.
Hücum nəticəsində yaşlı qadın ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.
Lakin bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.
İtlərin sahiblərinin isə cərimə ediləcəyi açıqlanıb.
Aysu Demokrat.az


