Hadisə

Kürdəmirdə iki azyaşlı kimyəvi maddə içərək zəhərləndi

Kürdəmirdə iki azyaşlı kimyəvi maddə içərək zəhərləndi

Kürdəmirdə iki azyaşlı kimyəvi maddə içərək zəhərlənib.

Hadisə rayonun Köhünlü və Ərşəli kəndlərində qeydə alınıb.

Belə ki, rayonun Köhünlü kənd sakini, 2019-cu il təvəllüdlü M.V.Tağızadəsəhvən ev heyvanı dərmanı, rayonun Ərşəli kənd sakini, 2022-il təvəllüdlü İ.R.Hüseynovisə “Naftalan yağı” içərək zəhərləniblər.

Hər iki uşaq dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır./Report

NE
Nihadə Eyyubova