Hadisə

Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var

Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var

Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var.

Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü kilometirliyində rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik maşını Kürdəmir istiqamətində hərəkətdə olarkən əks istiqamətdə gələn "VAZ-2106" markalı avtomaşınla toqqaşıb.

Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 2 nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.(report)

NE
Nihadə Eyyubova