Hadisə Özəl

Türkiyədə hərbi avtomobil aşdı: 3 yaralı var

Türkiyədə hərbi avtomobil aşdı: 3 yaralı var

Türkiyənin Ədirnə vilayətində hərbi maşının aşması nəticəsində 3 hərbçi yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata əsasən, Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığının hərbçilərini daşıyan hərbi avtomobil Ədirnədən Süloğlu rayonuna gedərkən idarəetməni itirərək aşıb.

Hadisə yerinə xilasetmə, polis və təcili tibbi yardım qrupları göndərilib.

Komandalar hərbçiləri qaldıqları yerdən çıxarıblar. Yaralılar xəstəxanaya yerləşdirilib, müalicələri davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova