ABŞ-nin Men ştatında silahlı hücum nəticəsində 22 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, Leviston şəhərində 3 fərqli bölgədə naməlum şübhəlinin insanlara atəş açması nəticəsində 22 nəfər ölüb, 60-a yaxın adam isə yaralanıb.
Hadisə ilə əlaqədar bölgədəki məktəblər bağlanıb və silahlı hücumda şübhəli bilinən şəxslə bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, hücumun hansı səbəbdən və kim tərəfindən törədildiyi hələki məlum deyil.
Aysu Demokrat.az


