Dünya Özəl

İsveçrə Fələstin və İsrail QHT-nə maliyyə yardımını dayandırdı

İsveçrə Fələstin və İsrail QHT-nə maliyyə yardımını dayandırdı

İsveçrə hökuməti Fələstin və İsrailin 11 qeyri-hökumət təşkilatına (QHT) maliyyə yardımını dayandırıb.

Demokrat.az xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fələstin və İsrail arasında başlayan qarşıdurmalardan sonra İsveçrə tərəflərə məxsus qeyri-hökumət təşkilatlarına maliyyə dəstəyini dayandırıb.

Bu qərar 6 Fələstin və 5 İsrail QHT-nə şamil edilib.

Bəyanatda nazirliyin qeyri-hökumət təşkilatlarına ayırdığı maliyyə dəstəyindən düzgün istifadə edilməli olduğu, Yaxın Şərqdə əməkdaşlıq proqramı ilə bağlı maliyyə axınlarının ətraflı təhlilinin aparılacağı qeyd olunub.

Aysu Demokrat.az

D
demokrat.az