Hadisə

“Baku Bus” avtobusu iki avtomobillə toqquşdu - Yaralanan var (FOTO)

“Baku Bus” avtobusu iki avtomobillə toqquşdu - Yaralanan var (FOTO)

Bakıda sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol qəzası olub.

Demokrat.azxəbər verir ki, hadisə Nəsimi rayonunda Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində baş verib. Məlumata görə, 3 nömrəli marşrut xətti ilə hərəkət edən “Baku Bus” avtobusu iki minik avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobillərdən birinin sürücüsü xəsarət alıb.

D
demokrat.az