Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviç cinayət işi üzrə Firuzə Mehralayevanın sonradan Baş Prokurorluqda verdiyi ifadəsi elan edilib.
Demokrat.az xəbər verir ki, zərərçəkmiş ifadəsində Meşəli kəndinə hücum edən Badara kəndinin erməni əsilli sakinlərinin adlarını açıqlayıb.
Bildirib ki, Xaçaturyan Vaqif də həmin hücum da iştirak ediblər.
Onun sözlərinə görə, hücum edən Armanis, Eres və Kolya idi:
"Onlar Badara kəndində yaşayırdı. Hazırda sağ böyrəyin işləmir. Ermənilərin işgəncələrindən bu vəziyyətə düşmüşəm hələ də həkim nəzarətindəyəm".
Daha sonra prokuror ifadələrlə bağlı Vaqif Xaçaturyana suallar veriblər.
Xaçaturyan deyib ki, adı keçən şəxslərin tamşnıyıb, ona hadisədən sonra məlumat veriblər.
Daha sonra Elmira Mehraliyevanın ifadəsi elan edilib.
O qeyd edib ki, onlar hadisə vaxtı Novruz kişinin evinə yığışıblar.
Zərərçəkmişin sözlərinə görə, hadisə vaxtı xəsarət alıb və Ağdam rayonunda xəstəxanada müalicə alıb.
Zərərçəkmiş deyib ki, 1997-ci ildən əlil kimi təqaüd alır.
Növbəti proses noyabrın 1-də davam edəcək.
Fariz Məlikli Demokrat.az


