Region Özəl

Hakan Fidan Qətərə səfər edəcək

Hakan Fidan Qətərə səfər edəcək

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Qətərə rəsmi səfər edəcək.

Demokrat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, o, baş nazir və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhmanla görüşəcək, həmçinin Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani tərəfindən qəbul ediləcək.

Danışıqlar zamanı ikitərəfli münasibətlərin, xüsusilə yaxın dövrdə Dohada keçirilməsi planlaşdırılan Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin Doqquzuncu Toplantısına hazırlıq məsələlərinin müzakirə ediləcəyi nəzərdə tutulur.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova