Gündəm

AZAL qiyməti ucuzlaşdırmağa hazırlaşır, hava limanları icarəyə verilir — AZAL-ın rəhbəri Natiq Cəfərliyə nələri açıqlayıb?

AZAL qiyməti ucuzlaşdırmağa hazırlaşır, hava limanları icarəyə verilir — AZAL-ın rəhbəri Natiq Cəfərliyə nələri açıqlayıb?

Azərbaycanda fəaliyyət göstərən hava limanlarının xarici şirkətlərə icarəyə verilməsi ilə bağlı müraciət olunub və hazırda danışıqlar gedir.

Azpost.infobildirir ki, bu barədə AZAL-ın birinci vitse-prezidenti, sədrin səlahiyyətilərini icra edən Samir Rzayev iqtisadçı-ekspert Natiq Cəfərli ilə görüşü zamanı bildirib.

AZAL-ın rəhbəri N.Cəfərlini görüşə dəvət edib və hava limanı ilə bağlı tənqidləri ətrafında müzakirə aparıblar.

Söhbət zamanı ən çox narazılıq doğuran təyyarəbiletlərinin bahalığıilə bağlı ictimai rəydə olan narazılığa toxunulub.

S.Rzayev bildirib ki, bu yöndə ciddi işlər aparılır. ArtıqTürkiyədə oxuyan tələbələrə güzəştli biletlərin satılmasıhəllini tapıb. Bunun digər ölkərədə oxuyan tələbələrə də şamil olunması üçün iş aparılır.

AZAL rəhbəri deyib ki, bilet qiymətlərininaşağı salınması üçünxərclərin azaldılması proqramı hazırlanıb. O bildirib ki, artıq ötən illə müqayisədə xərclər 15 faiz aşağı salınıb. Yaxın zamanlarda yeni qiymət endirimləri olacaq.

S.Rzayev deyib ki, AZAL-da İctimai Şura yaradılacaq.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin sentyabrın 1-dən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifənin müvəqqəti icrası Samir Rzayevə həvalə edilib.

NE
Nihadə Eyyubova