Gündəm

Bu jurnalistlərin övladları tələbə adı qazandılar — SİYAHI+ FOTOLAR

Bu jurnalistlərin övladları tələbə adı qazandılar — SİYAHI+ FOTOLAR

Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş abituriyentlərin nəticələrini elan edib.

Tələbə adı qazanan şəxslər 2019-cu il avqustun 15-dən 27-dək (şənbə, bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən Demokrat.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin müsabiqəsində 58258 nəfər iştirak edib. Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 nəfər (o cümlədən 586 subbakalavr) dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.

Demokrat.az Modern.az istinadən xəbər verir ki, bu il tələbə adı qazanmış gənclər arasında xeyli jurnalist övladı da var.



Jurnalistlər Fərəh Sabirqızı və Məğrur Əliyev də bu gündən tələbə valideynləri sayılırlar. Onları qızı Fidan Əliyeva Bakı Dövlət Universitetində jurnalistika ixtisasına ingilis dilində yiyələnəcək.

Unikal.org saytının əməkdaşıHüseyn İsgəndərovunqızı Ləman İsgəndərova datələbə olanlar sırasındadır. OAzərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinə qəbul olub.

Bu ildən ali məktəbdə təhsil alacaq tələbələrsırasındajurnalist Azər Rəşidoğlununoğlu Rəşid də olaacq. O, Bakı Dövlət Universitetində dövlət sifarişi əsasında Regionşünaslıq (Amerika üzrə əyani) oxuyacaq.

FED.az biznes portalının redaktoruƏli Əhmədovunoğlu Cavidandatələbələr sırasına qoşulub. Cavidan ADA Universitetindəbiznesin idarəedilməsi ixtisası üzrə təhsil alacaq.

Qızınınali məktəbə daxil olmasına sevinən valideynlərdən biri də "Region plus" jurnalının baş redaktoruNamiq Mayılovdur.Onun qızı FidanMayılovaDövlət İqtisad Universitetində biznesin idarəedilməsi (türk dilində) ixtisası üzrə təhsil alacaq.

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəriQulu Xəlilovda sevincli anlar yaşayır. Onun oğlu Oqtay Dövlət İqtisad Universitetində Maliyə və kredit ixtisasına sahiblənəcək.

“Xalq Cəbhəsi” qəzetinin redaktoruMahir Zeynalovunqızı Gülnur Zeynallı isə Qərb Universitetinin Biologiya ixtisasına qəbul olub.

Aznews.az saytının baş redaktoruTaleh Şahsuvarovda bu gün xoşbəxt atalardandır. Onun qızı Türkay Şahsuvarlı Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində tədris ingilis dilində olan iqtisadiyyat ixtisasına yiyələnəcək.

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin mətbuat katibiMəqsəd Rəhimovun qızıLeyla Rəhimova da tələbə olub. O, Bakı Dövlət Universitetinin Psixologiya fakültəsində dovlət sifarişli təhsil hüququ qazanıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəriNəcibə Mirzəyevanın oğlu Muraddabu ildən ali məktəbin tələbəsi kimi dərsə gedəcək.

Bakı Avrasiya Universitetinin mətbuat katibiŞəfayət Avılbəylininoğlu Nihat Əliyev builki qəbul imtahanlarında 420 bal toplayıb. O, Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə qəbul olunub.

D
demokrat.az