Fransa Ermənistanı hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək.
Bu açıqlama ilə Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastian Lekornu çıxış edib.
O qeyd edib ki, Paris və İrəvan oktyabrın 22-də hava hücumundan müdafiə sahəsində Fransa silahlarının tədarükü ilə bağlı sazişə imza atacaqlar.
Fransa müdafiə naziri əlavə edib ki, Fransanın Ermənistana tədarük edəcəyi sistemlər Ermənistanın təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub.(oxu.az)


