Türkiyədə FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyatda 21 şübhəli yaxalanıb.
Demokrat.az xəbər verir ki, bu barədə İstanbul Respublika Baş Prokurorluğu məlumat yayıb.
Məlumata əsasən, Prokurorluğun Terror və Mütəşəkkil Cinayətlərə Qarşı İstintaq Bürosu tərəfindən aparılan araşdırmalar çərçivəsində təşkilata məxsus evlərdə qalan 24 şübhəli müəyyən edilib.
İstanbul Təhlükəsizlik Müdirliyi qrupları keçirdikləri əməliyyatda 21 şübhəlini yaxalayıb.
Saxlanılan şübhəlilər polis bölməsinə aparılıb.
Digər 3 şübhəlinin axtarışları davam edir.
Aysu Demokrat.az


