Türkiyədə iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.
Məlumata əsasən, qəza ölkənin İzmir vilayətində baş verib.
Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə briqadası və polis qrupları göndərilib.
İlkin təsbitlər zamanı 2 nəfərin öldüyü, 2-nin isə ağır yaralandığı müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


