Dünya Özəl

Nigeriya ilə Aİ arasında 900 milyon avroluq müqavilə

Nigeriya ilə Aİ arasında 900 milyon avroluq müqavilə

Nigeriya və Avropa İttifaqı arasında 900 milyon avroluq maliyyələşdirmə sazişi imzalanıb.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, tərəflər Aİ-Nigeriya Strateji Dialoq proqramında, səhiyyə, təhsil və kənd təsərrüfatı kimi sahələrdə inkişaf layihələri üçün 900 milyon avroluq maliyyələşdirmə sazişi imzalayıb.

Aİ-nin təhlükəsizlik, demokratiya və rifah prioritetlərinə sərmayə qoymağa davam edəcəyi qeyd edilib.

Aysu

NE
Nihadə Eyyubova