Sosial Özəl

Yanvar-sentyabr ayları ərzində qeydiyyata alınan yeni abonentlərin sayı açıqlandı

Yanvar-sentyabr ayları ərzində qeydiyyata alınan yeni abonentlərin sayı açıqlandı

"1 oktyabr 2023-cü il tarixinə SOCAR "Azəriqaz" İstehsalat Birliyi üzrə İstehlakçıların sayı 2 561 740 nəfərə çatıb".

Demokrat.az xəbər verir ki, bu barədə SOCAR Azəriqaz İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev məlumat verib.

Onun sözlərinə görə, əhali sektoru üzrə abonentlərin sayı 2 520 082, qeyri-əhali sektoru üzrə isə 41 min 658 abonent təşkil edir:

"Onu da bildirək ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 50 min 479 yeni abonent qeydiyyata alınıb".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova