Xarici siyasət

"Azərbaycan hansısa ölkələrə hesabat vermək məcburiyyətində deyil" — Deputat

Azərbaycan hansısa ölkələrə hesabat vermək məcburiyyətində deyil — Deputat

“Azərbaycan öz torpaqlarında antiterror tədbirləri həyata keçirib və buna görə hansısa ölkələrə hesabat vermək məcburiyyətində deyil".

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Qasımlı parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan onların səlib yürüşlərinə son qoyub: "30 il ərzində Azərbaycan xalqına qarşı törədilən cinayətlərə, soyqırımlarına niyə səs çıxarmayıblar? Biz hər birimiz bilməliyik ki, bundan sonra Azərbaycan əleyhinə qərarlar qəbul ediləcək. Bu baxımdan xalqımız, diasporamız bütün bunlara hazırlıqlı olmalı və bu cür hallarda yerindəcə lazımi cavablarını verməlidirlər”. (Report)

D
demokrat.az