Böyük Britaniyanın baş naziri Rişi Sunak İsrail prezidenti İsaak Hersoqla görüşüb.
Demokrat.az xəbər verir ki, baş nazir bu barədə sosial media hesabı vasitəsilə məlumat yayıb.
O bildirib ki, İsrailə rəsmi səfəri çərçivəsində ölkə prezidenti İsaak Hersoqla görüşüb:
"Prezident Hersoqla görüşdüm və terror hücumlarına məruz qalan Britaniya vətəndaşlarına göstərilən dəstəyə görə təşəkkürümü bildirdim. Biz birlikdə Qəzzada əziyyət çəkən fələstinlilərə təcili humanitar yardım göstərmək barədə razılığa gəldik".
Aysu Demokrat.az


