Gündəm Özəl

"9 aylıq qızımı don vurdu" — Meşəli faciəsinin zərərçəkmişi

9 aylıq qızımı don vurdu — Meşəli faciəsinin zərərçəkmişi

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə zərərçəkmiş Ramiz Allahverdiyev ifadə verib.

Demokrat.az xəbər verir ki, zərərçəkmişin sözlərinə görə, Meşəli faciəsinin şahidi olub.

Qeyd edib ki, həmin hadisələr zamanı 9 aylıq qızını don vuraraq ölüb. O, Vaqif Xaçaturyandan şikayətçi olduğunu deyib.

Prosesdə fasilə elan olunub.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova