Dünya

İsraildən vətəndaşlarına ÇAĞIRIŞ: Türkiyəni təcili tərk edin

İsraildən vətəndaşlarına ÇAĞIRIŞ: Türkiyəni təcili tərk edin

İsrail vətəndaşlarına Türkiyəni təcili tərk etmələri tövsiyə olunur, çünki orada terror aktları təhlükəsi yüksəkdir.

Demokrat.az Newsru.co.il-ə istinadən xəbər verir ki, bu barədə İsrail Milli Təhlükəsizlik Şurasının bəyanatında deyilir.

Milli Təhlükəsizlik Şurası Türkiyədə İsrail vətəndaşları üçün təhlükə səviyyəsinin ən yüksək - dördüncü səviyyəyə qaldırıldığını qeyd edib.

Eyni zamanda, Mərakeşdə israillilər üçün terror təhlükəsinin səviyyəsi ikinci səviyyəyə qaldırılıb - onlara ehtiyat tədbirlərini gücləndirmək tövsiyə olunur.

Qeyd edək ki, bundan əvvəl də İsrail vətəndaşlarına Yaxın Şərq ölkələrinə getməmək və təcili olaraq Sinayı tərk etmək tövsiyə edilib. (Qaynarinfo)

D
demokrat.az