Mən meydanda olanda siz doğulmamışdınız — Siyavuş Novruzov Müstəqillik bizim ən böyük sərvətimizdir. Müstəqilliyin ən böyük şərti isə ərazi bütövlüyüdür.
Demokrat.az xəbər verir ki bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O qeyd edib ki, dövlət başçısı Xankəndidən çox ciddi mesajlar verdi:
“Birinci qeyd etdi ki, mən bu meydanda olanda siz hələ heç doğulmamışdınız. İkinci mesajı isə ondan ibarət idi ki, ətrafdakıların əksəriyyətini mənim atam tikib, atamın qurduğu şəhərə gəlmişəm. Bu, çox böyük mesaj idi. Ramiz Rövşənin çox gözəl sözü var, deyir ki, 44 günlük Vətən müharibəsində tarixi Prezident İlham Əliyev yazıb, daha mən nə yazım. Yəni heç bir söz bu qələbəni ifadə edə bilməz. Allah Prezidentimizi qorusun!”


