Hadisə

Yasamalda avtomobillər toqquşdu: Xəsarət alan var

Yasamalda avtomobillər toqquşdu: Xəsarət alan var

Bakının Yasamal rayonunda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Demokrat.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Sabirli Sevinc Hətəmxan qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

D
demokrat.az