ABŞ-nin Çikaqo şəhərində bir şəxs naməlum səbəbdən ana və uşağına bıçaqla hücum edib.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata əsasən, hücumçu şəxs naməlum səbəbdən 36 yaşlı qadına və 6 yaşlı uşağına bıçaqla hücum edib.
Əraziyə dərhal polis və təcili tibbi yardım qrupları göndərilib. Hücumçu polis tərəfindən saxlanılıb, yaralılar xəstəxanaya yerləşdirilib. Azyaşlı bütün müdaxilələrə baxmayaraq xəstəxanada dünyasını dəyişib.
İlkin araşdırmalar zamanı ana və övladının fələstinli olduğu öyrənilib. Araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


