Hadisə

Bakıda dörd maşın toqquşdu, üç nəfər öldü — YENİLƏNİB (VİDEO)

Bakıda dörd maşın toqquşdu, üç nəfər öldü — YENİLƏNİB (VİDEO)

Bakıda dörd maşının iştirakı ilə baş verən qəzada ölənlərin sayı artıb.

Demokrat.az xəbər verir ki, hadisə zaman üç nəfər ölüb.

Qəza nəticəsində xəstəxanaya yerləşdirilən 1980-ci il təvəllüdlü Məmmədtağıyev Teymur Mirzəağa oğlu həkimlərin səyinə baxmayaraq ölüb.//APA

00:10

Bakının Sabunçu rayonunda yol qəzası zamanı iki nəfər yaralanıb, 2 nəfər ölüb.

APA xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.

Belə ki, dörd maşının toqquşması nəticəsində Saidov Cavanşir Məhəmməd oğlu və sürücü hadisə yerində ölüb.

Hələlik naməlum kişi və 1976-ci il təvəllüdlü Muradova Könül Murad qızı ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, ölən Saidov Cavanşir Xətai Rayon Polis İdarəsinin əməkdaşıdır.

D
demokrat.az