2021-ci ildə "Ağıllı kənd" layihəsinin İranı izləmək məntəqəsi, camışların süni intellektlə idarə olunan robotlar , sağıcıların da xüsusi təlim görmüş, kəşfiyyat texnologiyalarını bilən mütəxəssislər olduğunu yazırdılar.
Gülürdük, daha fantaziyalarının bundan o yana keçməyəcəyini, absurda davam etməyəcəklərini güman edirdik. Amma fantaziyaları intəhasızmış.
SEPAH-ın rəsmi orqanı yeni triller ssenarisini təqdim edib. Yazıb ki, azad olunmuş ərazilərə həbəş yəhudiləri (falaşlar) köçürüləcək, bununla həm İsraildə irqi zəmində gərginlik aradan qalxacaq, həm də sərhədlərdən İranı güdmək asanlaşacaq.
Cəmaləddin Quliyev


