Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Ata Texnologiya” MMC olub.
Agentlik saxlanc sistemi üçün disklərin alınması və zəruri İKT avadanlıqlarının təmin edilməsinə görə “Ata Texnologiya” MMC-yə 2 milyon 448 min 584 manat 96 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Ata Texnologiya” MMC 15 oktyabr 2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 000 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Şəmsi Bədəlbəyli, ev 102-də yerləşir. MMC-nin qanuni təmsilçisi Yusifov Mais Əmir oğludur.
Qeyd edək ki, “Ata Texnologiya” MMC-ninrəsmi saytındaşirkətin 2004-cü ildə “AtaHolding” MMC tərəfindən təsis edildiyi bildirilir.
Uzun illər mətbuatda “AtaHolding” şirkətinin 2022-ci ilin noyabr ayında İstanbulda vəfat edən sabiq vergilər naziri Fazil Məmmədova bağlı olması barədə məlumatlar yayılıb. 20 yaşından (1983-cü il təvəllüdlü) “AtaBank”da çalışan və 2016-cı ildə bankın İdarə heyətinin sədri vəzifəsinə təyin olunan Dəyanət Quliyev sabiq nazirin bacısı oğludur.


