Hadisə Özəl

Yük maşını qayalara çırpılaraq parçalandı: Ölən var

Yük maşını qayalara çırpılaraq parçalandı: Ölən var

Türkiyədə idarəetmədən çıxan yük maşını qayalara çırpılaraq parçalanıb.

Demokrat.az xəbər verir ki, hadisə ölkənin Muğla vilayətində baş verib.

Qəza yerinə dərhal təcili tibbi yardım və xilasetmə qrupları göndərilib.

İlkin baxış zamanı qəzada 24 yaşlı sürücünün vəfat etdiyi öyrənilib.

Hadisənin təfərrüatları araşdırılmağa davam edir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova