İspaniya İsraili tərk etmək üçün müraciət edən 429 nəfərin təxliyəsinin tamamlandığını açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Təl-Əvivə göndərilən 2 təyyarə ilə təxliyə edilən 429 nəfər Madriddəki Torrejon de Ardoz hərbi hava bazasına gəlib.
Təxliyə edilənlərdən 334-ü ispan, 41-i Latın Amerikası, 22-si Avropa ölkələri, 32-si isə digər ölkələrin vətəndaşlarıdır.
Qeyd edək ki, təxliyə edilən insanları İspaniyanın xarici işlər naziri Xose Manuel Albares qarşılayıb.
Aysu Demokrat.az


